Artıq Azərbaycanda fəaliyyət göstərən otellərə dünyanın istənilən nöqtəsindən sifariş vermək olacaq. Təqdim edilən yeni internet saytını bu istiqamətdə atılan mühüm addım kimi dəyərləndirmək olar. Bundan sonra Azərbaycana səfər etmək istəyən hər bir turist bu sayta daxil olmaqla, ölkədə fəaliyyət göstərən otellər haqqında dolğun informasiya ala biləcək. Üç dildə fəaliyyət göstərən sayt, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə Mədəniyyət və Turizm Naziriyinin birgə lahiyəsidir. Hazırda ölkəmizin turizm imkanlarının təbliği ilə bağlı bir sıra işlər görülür. Xüsusən də beynəlxalq səviyyədə aparılan məqsədyönlü iş Azərbaycana turist axınını daha da gücləndirəcək. Lakin mənfur qonşularımız bu sahədə də Azərbaycana mane olmağa çalışır. Ölkəmizdə turizmin inkişafına mane olan digər amil isə bu sahədə xidmət haqlarının yüksək olmasıdır. Mütəxəssislər hesab edir ki,
...
Читать дальше »