Дневник
Главная » 2009 Март 02 » Son xeber 2008 ci ile esasen Azerbaycan 72 herbicisini itirib.Elbetteki olub ustu acilmayanlai saymasaq.
23:40 Son xeber 2008 ci ile esasen Azerbaycan 72 herbicisini itirib.Elbetteki olub ustu acilmayanlai saymasaq. |
2008-ci ildə Azərbaycan 72 hərbçisini itirdi
Bunlardan yalnız 22-si döyüş itkisidir 2008-ci il ərzində Azərbaycan Silahlı Qüvvələri 72 itki verib. "Doktrina" Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin məlumatına görə, bu dövrdə yaralanan və müxtəlif səbəblərdən xəsarət alanların sayı 55 nəfəri keçib. Qeyd edək ki, 2007-ci ildə Silahlı Qüvvələrdə baş vermiş itkilərin sayı ən azı 62 nəfər idi. Bu göstərici 2006-cı ildə 48, 2005-ci ildə 39, 2004-cü ildə 35, 2003-cü ildə isə 75 nəfər olub. İtkilər üzrə güc qurumlarının «payı» Cari ildə dünyasını dəyişənlərin 61 nəfəri Müdafiə Nazirliyinin, 5-i Dövlət Sərhəd Xidmətinin, 5-i Daxili Qoşunların, 1-i isə Ədliyyə Nazirliyinin hərbi qulluqçularıdır. 2008-ci ildə dünyasını dəyişənlərin 55 nəfəri əsgər, 1-i çavuş, 1-i kursant, 5-i gizir, 10 nəfəri isə zabitdir (leytenant - 4, baş leytenant - 2, kapitan - 3, polkovnik-leytenant - 1). Dünyasını dəyişmiş hərbi qulluqçuların 9 nəfəri Bakı rayonlarının, 8 nəfəri isə Gəncə rayonlarının sakinləridir. 2008-ci ildə xidmətə yola salınan əsgərlər arasında daha çox itki ilə üzləşənlər Astara, Goranboy, Sabirabad, Xaçmaz, Tərtər, Zaqatala, Şəki, Füzuli, Bərdə, Xətai (Bakı) və Kəpəz (Gəncə) rayonlarıdır. Dünyasını dəyişənlərin 18 nəfəri 2007-ci ildə hərbi xidmətə çağırılıb. 12 nəfər isə 2008-ci ildə hərbi xidmətə yollanıb. Yerdə qalanları 2006, 2005 və daha geridə qalan illərdə xidmətə çağırıblar. ![]() Qeyri-döyüş itkiləri döyüş itkilərini üstələyib Cari ildə Azərbaycan Silahlı Qüvvələrinin qeyri-döyüş itkilərinin sayı döyüş itkiləri ilə müqayisədə artıb. Ekspertlərin fikrincə, bu tendensiya 2005-ci ildən bu yana davam edir. 2008-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin döyüş itkiləri 22 nəfərə yaxındır. Qeyd edək ki, beynəlxalq qaydalara uyğun olaraq döyüş itkilərinə əsas etibarilə rəqib tərəfin açdığı atəşdən və mina partlayışından dünyasını dəyişənlər daxil edilir. 2008-ci ildə Azərbaycan Silahlı Qüvvələrində düşmən gülləsindən dünyasını dəyişənlərin sayı 19 nəfərə yaxındır. Araşdırmalar göstərir ki, bu kimi ölüm hadisələri əsas etibarilə Ağdam, Füzuli, Tərtər rayonlarında baş verib və ötən illərdə olduğu kimi, əsgərlərimiz daha çox diqqətsizlik ucbatından erməni gülləsinə tuş gəlirlər. Eyni zamanda mühəndis-istehkam işlərinin həyata keçirilməsi ilə əlaqədar müəyyən fəsadların baş verməsi də istisna deyil. Cari ildə Azərbaycanın döyüş itkilərinə İraqda xidmət çəkən sülhməramlımızın həlak olması faktı da əlavə edilib. Həmçinin 2008-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin 2 hərbi qulluqçusu həyata keçirilən əməliyyat tədbirləri zamanı rəqib tərəfin gülləsinə tuş gəlib. 11 əsgərimiz intihar edib 2008-ci ildə Azərbaycan Silahlı Qüvvələrində qeyri-döyüş itkilərinin sayı təxminən 51 nəfər təşkil edir. Onların arasında əsas yeri qeyri-nizamnamə halları və intiharlar tutur. Silahlı Qüvvələrdə baş vermiş intiharların sayı artan tendensiya üzrə davam edir. Bu il 11 əsgərimiz intihar edib. Hadisələr əsasən Bakı, Beyləqan, Naxçıvan, Qazax, Bərdə, Biləsuvar, Neftçala, Kürdəmir və Gəncə ərazilərində yerləşən hərbi hissələrdə baş verib. Araşdırmalar göstərir ki, intiharlara əsasən "dedovşina" hadisələri, nizamnamədənkənar hərəkətlər, rüşvətxorluq, zorakılıq, təhqir olunma, alçaldılma və s. bu kimi hadisələr səbəb olur. ![]() Qəzalar nəticəsində 11 hərbçi ölüb 2008-ci ildə Azərbaycan Silahlı Qüvvələrində baş verən qəzalar 11 hərbi qulluqçunun həyatına son qoyub. Cari ildə baş vermiş təyyarə qəzası nəticəsində 2 (birinin cənazəsi hələ də tapılmayıb - V.R), avtomobil qəzası nəticəsində 4, zirehli döyüş maşını ilə bağlı baş vermiş qəza nəticəsində isə Azərbaycan Ordusunun 5 hərbi qulluqçusu dünyasını dəyişib. Müşahidələr göstərir ki, müxtəlif qəzalar nəticəsində insan ölümləri Azərbaycan Silahlı Qüvvələrində il ərzində baş vermiş itkilərin təxminən 10-20 faizini təşkil edir. Bu göstərici ilbəil artmaqdadır. Xəstəlikdən dünyasını dəyişənlərin sayı rekord həddə çatıb 2008-ci ildə xəstəliklərdən dünyasını dəyişən hərbi qulluqçularımızın sayında 2003-cü ildən bu yana rekord səviyyə qeydə alınıb. Bu il 7 hərbi qulluqçumuz müxtəlif xəstəliklərdən (ürəktutma, böyrək çatışmazlığı, kəskin leykoz, meningit və s.) dünyasını dəyişib. Cari ilin ötən dövründə silahlı qüvvələrdə 3 müəmmalı ölüm halı baş verib ki, bu və digər hadisələrdə dünyasını dəyişənin kimliyi və ya onun nədən öldüyü kimi məlumatlar KİV üçün qaranlıq qalıb. Yekun olaraq bildirilir ki, 2003-2008-ci illərdə - 72 ay müddətində Azərbaycan Silahlı Qüvvələri ən azı 331 hərbi qulluqçusunu itirib. Sözügedən dövrdə bu və digər səbəblərdən yaralanan və xəsarət alan hərbi qulluqçuların sayı isə 265 nəfərdən çoxdur. |
|
Всего комментариев: 0 | |