18 aprel beynəlxalq abidələr və tarixi yerlər günüdür. 1993-cü ildən YUNESKO-nun təşəbbüsü ilə keçirilən bu gün Azərbaycanda da geniş miqyasda qeyd olunur.Məqsəd qloballaşan dünyamızda ictimaiyyətin mədəni irsə daha çox diqqət ayırmasına yardımçı olmaqdır. Çünki dünyanın hər yerində tarixi keçmişə münasibət birmənalı deyil. Bəzi ölkələrdə mədəni irsə vandal münasibət var. Buna əyani misal olaraq Ermənistanı göstərmək olar. Əsrlər boyu qədim Azərbaycan torpaqlarını müxtəlif yollarla zəbt edərək milli mədəni irsimizə ağır zərbələr vurub. Son 20 ildə isə erməni millətçilərinin barbarlığı daha geniş vüsət alıb. Erməni silahlı qüvvələri işğal etdikləri Dağlıq Qarabağ və ətraf rayonlarda 745 tarixi abidəni məhv edib ki, bunun da 13-ü dünya mədəni irsinin ən nadir nümunələrindəndir. Çox təəssüf ki, Ermənistanın bu vandalizmi dünya sivilizasiyasının gözü qarşısında baş verir. Bu mənada abidələr və tarixi yerlər gününün keçirilməsin
...
Читать дальше »