Главная » 2010 Апрель 12 » Qarabağı itirməyə başladığımız gün
11:37 Qarabağı itirməyə başladığımız gün | |
Xankəndi (Stepanakert), fevral 1988. Ermənilərin separatçı şüarlı ilk mitinqləri. Bu şəkil 1990-cı ildə çəkilib. DQMV Daxili İşlər İdarəsinin qapısında Azərbaycan dilində löhvə hələ qalmaqda idi şəkillər mətnlərdən aşağıda (картинки) böməsindədi Təqvimdə 2009-cu ildən sayılı yarpaqlar qalıb. Bir neçə gündən sonra 2010-cu ilə qədəm qoyacağıq. Başa vurduğumuz il bir çox olaylarla yadda qalıb və bunun hesabını da hərə özünə görə aparır. Bütövlükdə ölkəmizi götürdükdə isə, bu il tariximiz üçün mühüm bir zaman kəsiyinin sonu kimi qiymətləndirilir. Məhz bu il Azərbaycanda keçid dövrünün başa çatdığı elan olunub. Əlbəttə, istər başa çatdığı elan edilən dövrün, istərsə də qarşıda bizi gözləyən mərhələnin xüsusları barədə yetərincə mübahisə etmək olar. Amma bunu kənara qoyaraq bir faktı etiraf etməliyik: Azərbaycan bu dövrü Qarabağ üzərində konstitusion nəzarətini və suveren haqlarını təmin edə bilmədən başa vurur, yeni mərhələyə də beləcə daxil oluruq. Azərbaycanda, keçmiş SSRİ-nin digər respublikalarında olduğu kimi, keçid dövrü, müstəqil dövlət quruculuğu mərhələsi 1991-ci ildə - sovet imperiyasının süqutu ilə başlayıb. Təəssüflər olsun ki, imperiya boyunduruğundan qurtulduğumuz, milli dövlətçilik yoluna qədəm qoyduğumuz bu dövr, eyni zamanda, suverenliyimizə ağır zərbə aldığımız, Qarabağı itirməyə başladığımız tarix kimi yadda qalıb. 26 dekabr həmin tarixin acılıqla xatırlanan günlərindən biridir. * * * 1991-ci il dekabrın 26-da Sovet İttifaqının ali qanunverici orqanı - SSRİ Ali Soveti sonuncu iclasını keçirdi. İclasda SSRİ-nin bütün ittifaq qurumlarının, o cümlədən SSRİ Ali Sovetinin fəaliyyətinə də xitam verildi. Bundan bir gün öncə, dekabrın 25-də axşam SSRİ prezidenti Mixail Qorbaçov vəzifəsindən istefa vermiş, ittifaq hökuməti fəaliyyətini dayandırmışdı. Bu tarixi məqam sovet respublikalarının müstəqillik yürüşünə təkan oldu. Dünyanın onlarla ölkəsi yeni müstəqil dövlətləri tanımıq barədə bəyanatlar verdilər. Dekabrın 25-də Azərbaycanın müstəqilliyi ABŞ tərəfindən tanındı, İran, Liviya, İsrail, ertəsi gün Kuba, Avstraliya Azərbaycanın müstəqilliyini tanıdıqlarını bəyan etdilər. Müstəqilliyimizə təbriklər aldığımız bu günlərin siyasi vurhavurunda bəlkə də o anda fərqinə varmadığımız bir hadisə də baş vermişdi. 1991-ci il dekabrın 26-da Xankəndi (Stepanakert) şəhərindən sonuncu azərbaycanlılar qovulmuşdu. SSRİ-nin süqutu ilə Dağlıq Qarabağdakı sovet idarə institutları da fəaliyyətini dayandırmış, vilayətdə asayişi qorumalı olan sovet ordu hissələri də bir anlamda statussuz qalmışdılar. Şəhərdəki barmaqsayı azərbaycanlıları qorumaq artıq kimsənin vecinə deyildi. Bununla da 1988-ci ildən etibarən Dağlıq Qarabağda azərbaycanlı əhaliyə qarşı başalanan etnik təmizləmə yeni mərhələyə qədəm qoydu. | |
|
Всего комментариев: 0 | |