Главная » 2009 Декабрь 2 » GOMRUK 2009-cu ilin xronikası
01:12 GOMRUK 2009-cu ilin xronikası | |
Bu il fevralın 5-də Cenevrədə Birləşmiş Millətlər Təşkilatının Avropa İqtisadi Komissiyası çərçivəsində Beynəlxalq Yük Daşımaları (BYD) İnzibati Komitəsinin 47-ci sessiyası keçirilmişdir. Sessiyada 1975-ci il BYD Konvensiyasının 8-ci Əlavəsi 9-cu maddəsinin 2-ci bəndinə müvafiq olaraq, Konvensiyaya üzv 58 dövlət səsvermə yolu ilə Konvensiyanın icrasına nəzarəti təmin etmək üçün BYD İcra Şurasına 9 daimi üzv seçmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin irəli sürdüyü namizəd - DGK Gömrük Nəzarətinin Təşkili Baş İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Şahin Bağırov növbəti iki il müddətinə BYD İcra Şurasının üzvü seçilmişdir. *** Azərbaycan-Türkiyə İş Adamları Birliyinin (ATİB) ofisində Dövlət Gömrük Komitəsinin Gömrük Nəzarətinin Təşkili Baş İdarəsinin baş inspektoru Mahir İbrahimov, Maliyyə-Tarif və Valyuta Nəzarəti Baş İdarəsinin vergi və yığımlar şöbəsinin rəisi Rüfət Elçiyev ilə ATİB üzvləri arasında görüş keçirilib. Görüşün keçirilməsində məqsəd gömrük siyasəti və qanunvericiliyi sahəsində yeniliklər, "bir pəncərə" sisteminin tətbiqi, gömrük tarifləri və s. barədə iş adamlarını məlumatlandırmaq idi. *** Fevralın 17-dən 19-dək Çin Xalq Respublikasının Quançjou şəhərində «Birgə Gömrük Nəzarəti», fevralın 20-21 tarixlərində isə «Tədris Tələbatlarının Qiymətləndirilməsi» mövzularında seminarlar keçirilmişdir. Çin Xalq Respublikası Baş Cömrük İdarəsi və Asiya İnkişaf Bankının maliyyə dəstəyilə Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramı çərçivəsində təşkil olunan hər iki seminarda Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-leytenantı Əsgər Abdullayevin rəhbərliyi ilə nümayəndə heyəti iştirak etmişdir. *** Fevralın 18-də Astara Gömrük İdarəsində Azərbaycan və İran gömrük əməkdaşları arasında görüş keçirilmişdir. Tədbirdə Dövlət Gömrük Komitəsi Gömrük Nəzarətinin Təşkili Baş İdarəsinin rəis müavini Rauf Məmmədov, Astara Gömrük İdarəsinin rəisi Hikmət Məmmədov, İran İslam Respublikası tərəfindən isə Ənzəli Gömrük İdarəsinin rəisi Qulamhüseyn Nuhi, İran Astarası Gömrük İdarəsinin rəisi Şamani Əliəkbər və digər rəsmi şəxslər iştirak etmişlər. | |
|
Всего комментариев: 0 | |