Главная » 2009 Май 3 » Facebook adamı xərçəng edir!
20:18 Facebook adamı xərçəng edir! | |
Amerika metbuatinin verdiyi məlumata görə üz-üzə görüşmənin yerini artıq "intertnet" və "telefon"la görüşmə götürdü. Amma bir araşdırma bu cür ünsiyyət şəbəkələrinin ciddi xəstəliklərə gətirib çıxardığını ortaya qoydu. Elektronik medianın yayılmasıyla üz-üzə görüşmənin yerini 'chatlaşmaq, toxunmanın yerini virtual 'götürdü. Yaxşı bu vəziyyət psixologiyamız bir tərəfə, sağlamlığımızı necə təsir edir? Mütəxəssislər xəbərdar edir. Facebook kimi ictimai ünsiyyət şəbəkələri xərçəng, iflic, ürək xəstəliyi və ağlını itirmə kimi ciddi xəstəliklər yaradır. Elektronik xəbərləşmənin yayıldığı 1987-ci ildən bəri üz-üzə görüşmə saatlarında ciddi bir eniş yaşanır. İngilis Daily Mail qəzeti, bu vəziyyətin sağlamlıq üzərindəki nəticələrini araşdırdıb. Buna görə, Facebook və My Space kimi ictimai ünsiyyət şəbəkələrinin üz-üzə ünsiyyəti azaldaraq xərçəng, iflic, ürək xəstəliyi ilə ağlını itirmə kimi ciddi xəstəliklərə yol aça bilir. Qəzetin fikirlərinə yer verdiyi Psixoloq Dr. Aric Sigman, qarşılıqlı görüşmədə yerinə e-poçt ilə ünsiyyət qurmanın adamın genləri üzərində də təsir yarada biləcəyini ifadə etdi. Dr. Sigman, birə-bir ünsiyyəti azaldan elektronik xəbərləşmənin, zehni performansı azaltmanın yanında, immunitet sistemi, hormon səviyyələri və damar funksiyaları üzərində də təsirli ola biləcəyini ifadə etdi. Dr. Sigman, bu cür ictimai ünsiyyət şəbəkələrinin insanları təcrid bir həyat sürməyə sövq edə biləcəyi mövzusunda da xəbərdar etdi. | |
|
Всего комментариев: 0 | |