Nizami Məmmədzadə-APA. Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) aprelin 30-da baş vermiş terror hadisəsi ilə bağlı bir nəfər saxlanılıb - 3 Мая 2009 - Qarabaq
semkir<ANKARA İSTANBUL İZMİRtütüne sondiv id="header">
Понедельник, 14.07.2025, 04:20
Приветствую Вас Гость
< Myspace LayoutsGet your layout at Myspace Layouts
Bugün 9 ziyaretçi (23 klik) kişi burdaydı!

Форма входа

Поиск

Календарь

«  Май 2009  »
Пн Вт Ср Чт Пт Сб Вс
    123
45678910
11121314151617
18192021222324
25262728293031

Наш опрос

Ermənilərə nə qədər nifrət edirsiz?
Всего ответов: 170

Мини-чат

Статистика


Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Главная » 2009 » Май » 3 » Nizami Məmmədzadə-APA. Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) aprelin 30-da baş vermiş terror hadisəsi ilə bağlı bir nəfər saxlanılıb
19:45
Nizami Məmmədzadə-APA. Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) aprelin 30-da baş vermiş terror hadisəsi ilə bağlı bir nəfər saxlanılıb

Saxlanılan şəxs Gürcüstan vətəndaşı, Borcali rayonu Daştəpə kənd sakini Nadir Şirxan oğlu Əliyevdir. Bu barədə APA-nın Gürcüstan bürosuna Nadir Əliyevin qardaşı Namiq Əliyev məlumat verib.

Nadirin ADNA yaxınlığında dönər satdığını deyən N. Əliyev qardaşının terror hadisəsini törətməkdə təqsirləndirilən Fərda Qədirovla əlaqəsi olmadığını söyləyib: “Nadirlə Fərda bir-birini yalnız Daştəpəli kimi tanıyıblar. Qardaşım Fərdadan beş yaş kiçikdir. Fərda Rusiyada olanda qardaşım Ukraynada idi. Nadir 2008-ci ilin sentyabrında Tiflisə gəldi. Bu il martın 18-dən isə Bakıya gedib”.

N. Əliyev deyib ki, qardaşı əvvəlcə Bakıdakı şadlıq saraylarından birində çalışıb, sonra isə ADNA yanında dönər satıcılığı ilə məşğul olub: “Ailəmizin məsələdən xəbəri var. Bu gün ata-anam Bakıya yola düşüblər. Nadirin tutulması barədə bibim və xalam uşaqları zəng edib xəbər verdilər”.

N. Əliyev onu da deyib ki, Nadir ADNA-da baş verən hadisədən sonra saxlanılıb, izahatı alınandan sonra isə sərbəst buraxılıb: “Amma sonra onu yenidən həbs ediblər. Bu dəfə bibim və xalam uşaqları onu özləri polisə aparıblar ki, günahsız olduğunu sübuta yetirsinlər. Fərdanı Bakıya qardaşım çağırmayıb. Bakıda hüquq-mühafizə orqanlarının əməkdaşları xalamgilə də gəlib, bəzi məsələlərlə bağlı onları sorğu-sual ediblər”.

N. Əliyev ailədə iki qardaş olduqlarını söyləyib. O, Nadirin subay və dindar olduğunu, namaz qıldığını da açıqlayıb.

Qeyd edək ki, dünən baş verən silahlı hücumdan sonra ilkin olaraq hadisənin məhz Nadir Şirxan oğlu tərəfindən törədildiyi barədə məlumat yayılmışdir.......

Просмотров: 1204 | Добавил: semkir | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *: