Şeytanın tapşırıqları Bir gün Şeytan, dünya səviyyəsində bir yığıncaq üçün bütün dostlarını çağırmış. Açılışda belə demiş: Müsəlmanların məscidlərə getməsinə mane olmuruq. Quran oxumalarına ve həqiqətləri öyrənmələrinə də mane olmuruq.. Allah ve elçisi Məhəmməd ilə sağlam münasibətlər qurmalarına da mane olmuruq. Allah ilə bir dəfə bağlantı qurduqlarında üzərlərindəki gücümüz qırılır.. Dostları demiş: Həqiqətən çox çətin bir vəziyyətdi bəs nə edək? Şeytan demiş: Buraxın məscidlərə getsinlər. Lakin zamanlarını oğurlayın, beləcə Allah ve elçisi Məhaəmməd ilə bağlantı qura bilməsinlər.. Sizdən istəyim budur. Şeytan davam etmiş: Diqqətlərini dağıdın beləcə gün boyunca Allah ilə həyati əhəmiyyətə sahib əlaqəni qura bilməsinlər. Dostları çaşmış: Bunu necə bacaracağıq? Şeytan: Həyatın əhəmiyyətsiz detallarıyla zehinlərini davamlı məşğul et! Müsəlmanların qulaqlarına bunu pıçılda: Xərclə, xərclə, xərclə.. Borc al, borc al, borc al.." Qadınlarını işə girib uzun saatlar boyunca işləmələri üçün razı sal ! Kişilərin həftədə 6-7 gün, gündə 10-12 saat işlərini və beləcə həyatlarında boşluq qalmaması üçün planlar et! Uşaqları ilə zaman keçirmələrini mane törət! Ailələri parçalandıqca, evləri, iş çıxışında fərahlaydıqları bir yer olmaqdan çıxacaq! Zehinlərini o qədər məşğul et ki öz iç səslərini dinləyə bilməsinlər! Beləcə başları qarışacaq, Allah və elçisi Məhəmməd ilə zehni birlikləri qopacaq. Bravooo, mükəmməl fikir, deyə alqışlamış dostları. Durun, daha bitmədi, deyə davam etmiş Şeytan: Qəhvəxanalarda, xəstəxanalarda, kafelərdə masaları Qəzet və jurnallarla doldur! Zehinlərini 24 saat xəbər bombarıdmanına tut! Avtomobil istifadə etmə əsnasında təfəkkür etmələrini maneə törətmək üçün billboardları afişalarla təchiz et! İnternetə girənlərin mail qutularını, boş maillərlə, sifariş kataloqları ilə, bəhslərlə, çəkilişlərlə, promosyon məhsulları ilə və boş ümidlərlə doldur! Qəzet və TV-ləri incə quruluşlu gözəl modellərlə doldur ki ərləri xarici gözəlliyin əhəmiyyətli olduğuna inansınlar və xanımlarından xoşlanmasınlar! Qadınların, axşamları ərləriylə maraqlana bilməyəcək qədər çox yorulmasını təmin et! Əgər qadınlar, kişilərin ehtiyacı olan sevgini verə bilməzlərsə, kişilər bu sevgini başqa yerlərdə axtaracaqlar! Uşaqlarına namazın əhəmiyyətini izah etmələrini maneə törətmək üçün hekayə kitablarını tövsiyə et! Təbiətə çıxıb Allahın yaratma sifətini görmələrini maneə törətmək üçün onları çox məşğul et, əyləncə parklarına, sərgilərə, idmana, oyunlara, konsertlərə, kinolara və s. apar ! Oralarda döyüş çıxarıb bir-birlərini vurmalarını təmin et! Bizim işimiz fitnə çıxarmaqdır, bunu unutma! İslami dostluqlar və söhbətlər yerinə, tərəfdar-partiya dostluqlarını və dedi-qoduları təşviq et! İşdə plan bu! Futbol, həyatlarının mərkəzi olsun. Futbolçuların adlarını uşaqlarına əzbərlətməyi bacarıq saysınlar! Ancaq İslamın şərtlərini maraq belə etməsinlər! Hiyləgərcə plan üçün dostları şeytanı dəlicə alqışlamışlar və ölkələrə dağılarkən Müsəlmanları daha çox məşğul edəcəklərinə, təlaş içində oraya bura qaçacaqlarına, Allaha, Elçisinə və ailələrinə daha az zaman ayırdacaqlarına söz vermişlər. Şeytan Allahın bəndələrini azdırmaq üçün çalışır və həmişə də çalışacaqdır. O, qiyamət gününə kimi, bacardığı qədər özünə qruppa yığacaq. Bu qruppada olanlar dünya həyatında şəhvət və ehtiraslarına uyanlar, çətinliklərdən qaçanlardır. Allahu Təala isə buyurur ki; “Lakin siz (ey insanlar!) dünyanı üstün tutursunuz! Halbuki axirət daha xeyirli və daha baqidir.”
|