21:38 Meksikanın mərkəzində açıqlana bilməyən sirr | |
Sakitlik ərazisi – Mekshikanın mərkəzində yerləşən çox qəribə bir yerdir, həmçinin üç Mekshika ştatı sayılan Duranqa, Çiuaua və Koaulianın sərhəddində yerləşir. Bu ərazi özünün sükutuna görə tamamilə seçilir və radioefir hesab olunur. Özünün sirlərinə görə həmişə naməlum obyekt kimi sayılan Bermud üçbucağına bənzədilir. Həmçinin piramidalar, və Himalayda yerləşən buddizm mərkəzlərini də xatırladır. Öz formasına görə də bu tipli obyektlərlə birgə adı qeyd olunur. Həmin Sebalo qəsəbəsi adlanan balaca yerdə televizorlar işləmir, hətta radio ötürücü xətlər də öz fəaliyyətlərini düzgün apara bilmirlər. Əgər həmin ərazinin tam içərisinə doğru 50 km məsafədə irəliləsən bu zaman radio ümumiyyətlə işləməyəcək, saatlar dayanacaq və kompasın əqrəbləri donacaqdır. Həmin yer haqqında çox sirli və gizlin saxlanılmış çoxsaylı mifoloji əfsanələr, rəvayətlər də mövcuddur. Hər şey 1964 – cü ildən etibarən meydana gəlməyə başlamışdır. Həmin vaxt mühəndis – kimyaçı Harri De La Penya qumlu rayonda San – şqnasioya yaxın ərazidə geoloji araşdırma aparmışdır. “Sakit ərazinin” tapılmasına isə xırda bir təsadüf yol açdı. Mühəndisin heç gözlənilmədən radiosu öz fəaliyyətini dayandırdı. O, bazaya qayıdaraq radio aparatı təmir etmək istədi, lakin ötürücü xətlər düzgün işləyirdi. Beləliklə baş vermiş bu hadisə bir də təkrarlandı. Bu gündən etibarən “Sakitlik ərazisinə” çoxsaylı axın olmağa başlandı. Bu zaman məlum oldu ki, həmin ərazidə səmadan düşən meteroitlər vardır. ABŞ – ın yaxınlığında yerləşməsinə baxmayaraq həmin ərazidə heç bir təcrübə aparılmamışdır. Hazırda da verilən məlumatlara əsasən ərazi tədqiqat aparılmamış yerlərdən biridir. | |
|
Всего комментариев: 0 | |