Mercedes benz Carlsson Aigner CK55 Rasscase - 9 Апреля 2009 - Qarabaq
semkir<ANKARA İSTANBUL İZMİRtütüne sondiv id="header">
Понедельник, 14.07.2025, 08:58
Приветствую Вас Гость
< Myspace LayoutsGet your layout at Myspace Layouts
Bugün 9 ziyaretçi (23 klik) kişi burdaydı!

Форма входа

Поиск

Календарь

«  Апрель 2009  »
Пн Вт Ср Чт Пт Сб Вс
  12345
6789101112
13141516171819
20212223242526
27282930

Наш опрос

Ermənilərə nə qədər nifrət edirsiz?
Всего ответов: 170

Мини-чат

Статистика


Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Главная » 2009 » Апрель » 9 » Mercedes benz Carlsson Aigner CK55 Rasscase
14:51
Mercedes benz Carlsson Aigner CK55 Rasscase
Carlsson şirkəti Aigner mebel manufakturası ilə birgə iş nəticəsində ərsəyə gəlmiş eksklüziv modellər seriyasının üçüncü variantını Cenevrə avtosalonunda təqdim edib.

Bu dəfə seçim ofrouderin üzərinə düşdü. Mertsıqdən olan ustalar Mercedes-Benz GL500 modelinin bazasında hazırlanmış eksklüziv ofrouder bolidini təqdim etdilər. Diqqətçəkən Carlsson Aigner CK55 RS Rascasse adını daşıyan bu modelin kapotunun altında modifikasiya olunmuş 5,5 litr həcmli 456 at gücünə malik güc aqreqatı quraşdırılıb.

Bu mühərrikin sayəsində avtomobil 100 km/saat sürətini cəmi 5,9 saniyəyə yığır. İnteryerə gəldikdə, avtomobilin salonu öz mini-barı və digər maraqlı özəllikləri ilə seçilir.

Əlbəttə, əvvəlki iki modeldə olduğu kimi, bu avtomobildə də müəyyən zahiri spesifika var. Yeni modelin kuzovu iki rəngdən ibarət qammada təqdim edilib, belə ki, kuzovun aşağı hissəsindən damına və kapota qədər tünd qırmızı rəng, qalan hissələrdə isə qara rəng üstünlük təşkil edir. Bu gözəl mənzərəni enli şinlərlə örtülmüş 23 düymlük formatda elit təkər diskləri və əlbəttə ki, bu cür aqressiv siluetə uyğun bodi-kit tamamlayır.
Təhlükəsizlik sahəsində artıq digər modellərdən avtomobil həvəskarlarına tanış olan texnologiyalardan istifadə olunub. Belə ki, avtomobilin vaxtında əyləclənməsinin qayğısına möhkəm və davamlı əyləc karbonokeramikası qalır, avtomobilin hərəki hissəsi isə avtomatik rejimdə klirens üçün zəruri variantı seçməklə yol örtüyünün keyfiyyətinə lazımi reaksiya göstərir. Salona gəldikdə, burada növbəti dəfə təkrarolunmaz və cəlbedici bir şedevr yaradılıb. Aigner manufakturası özünün çoxillik təcrübəsinin bəhrəsini tünd qırmızı dəri üzlüyün timsalında təqdim edib. İnteryerin bu üzlüyü kiçik mini-barla və bir cüt monitoru olan güclü multimedia sistemi ilə çox gözəl uyuşur.
Просмотров: 959 | Добавил: semkir | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *: