ŞEYTANIN PLANI |
ETRAFLI |
|
 |

Belədirsə, o zaman qoyun onlar məscidlərə getsinlər, daim bir yerdə olsunlar. Eybi yox. Amma, siz onların çox dəyərli olan vaxtını oğurlayın! Beləliklə də, onların Allahı və Rəsulunu düşünməyə vaxtları qalmasın. Qoy onların Peyğəmbər və Əhli-Beytin əxlaqını öyrənməyə vaxtları qalmasın. Sizdən istədiyim tək budur!» «Onları daim məşğul edin, Allaha olan bağlılıqları zəifləsin!» - dedi İblis. Şeytanlar cavabında: «Bunu necə edə bilərik?» - deyə soruşdular. İblis cavab verdi: «Onların beynini tez-tez kiçik işlərlə, mənasız düşüncələrlə məşğul edin. Onları davamlı olaraq xərcləməyə təşviq edin. Xərcləsinlər, xərcləsinlər, sonra da borclansınlar, borclansınlar. Xanımları uzun saatlar boyunca evdən kənarda işləməyə məcbur edin, eyni zamanda kişiləri də bütün həftə boyu 10-12 saat işləməyə məcbur edin. Beləliklə də, onların özlərinə və ailələrinə, sevdiklərinə ayırmağa boş vaxtı qalmasın. Onları övladları ilə vaxt keçirməkdən çəkindirin. Hətta evdə də işlərinin ağırlığını üzərlərində hiss etsinlər. Beyinlərinin elə məşğul edin ki, onları Allahla birgə olmağa səsləyən kiçik səsləri də eşitməsinlər. Onları daim musiqi dinləməyə təşviq edin, evdə, işdə, hətta maşında da radio, CD dinləsinlər. Evlərində TV, VCD, kompüter daim açıq olsun. Onları İnternetdə saatlarla vaxt keçirməyə, virtual həyatı real həyat kimi qəbul etməyə inandırın. Bütün bunlar insanların beyinlərini məşğul edər və bununla da onların Allahı və Onun buyruqlarını düşünməyə vaxtları qalmaz. Stol üstündə həmişə qəzet və jurnallar olsun, oradakı xəbərlər beyinlərini 24 saat məşğul etsin. Hətta maşın sürərkən də nəzərlərini reklam plakatlarına yönəldin. Onların e-mail adreslərini reklamlar, mənasız məktublar, junk maillər, sifariş kataloqları ilə doldurun ki, onları silmək üçün də vaxt itirsinlər. Gözəl, cazibədar manikenlərin jurnalların üzərində, TV-lərdə tez-tez görünmələrinə şərait yaradın ki, kişilər onları görüb gerçək gözəlliyin bunlarda olduğunu və xarici görünüşün əsas olduğunu düşünsünlər, öz həyat yoldaşlarını bəyənməsinlər. Qadınların isə başlarını televizorda gedən mənasız seriallarla, şou proqramlarla qatın. Qoy onlar da özlərini Peyğəmbər və ailəsinə deyil, seriallarda gördükləri əxlaqsız personajlara oxşatmağa çalışsınlar. Bir də xanımların çox yorğun olmalarına çalışın, bununla da kişilərə lazımi sevgi və diqqəti göstərə bilməsinlər. Əgər belə olarsa, kişilər evdən uzaqlaşaraq diqqət və sevgini başqa yerlərdə axtarmağa başlayacaqlar. Həm qadınlara, həm də kişilərə ailə daxilindəki kiçik anlaşılmazlıqları böyük və həlli olmayan problemlər kimi göstərməyə çalışın. Qoy onlar üçün bu problemlərin həlli yalnız və yalnız həyat yoldaşından ayrılmaq olsun. Beləliklə, biz ən böyük istəyimizə - ailələrin dağılmasına nail olacağıq. Əgər özü kimi düşünən müsəlman dostları ilə görüşdüyünü görsəniz, onları dedi-qodu etməyə məcbur edin. Elə şeylərdən danışmalarına şərait yaradın ki, aralarında ixtilaf çıxsın, inciklik yaransın. Bir sözlə, müsəlmanların həyatlarını elə bir hala gətirin ki, Allahı və Onun gücünü düşünəcək halda olmasınlar. Hər şeyi öz qüvvələriylə əldə etdiklərinə inansınlar. Və beləcə sağlamlıqlarına və əldə etdikləri nemətlərə şükr etməyə ehtiyac duymasınlar. Bax, Budur bizim MÖHTƏŞƏM PLAN. P.S. Əziz müsəlman bacı və qardaşlarımız! Şeytanın sizin qiymətli vaxtınızı almağa imkan verməyin. Qiymətli zamanınızı sevdiyiniz insanlarla, yeni biliklər əldə etməklə, gözəl işlər görməklə, Allahı və Onun Rəsulunu düşünməklə keçirin. Şeytanın bizlər üçün hazırladığı Möhtəşəm Planını həyata keçirməsinə vasitə olmayın. Bir sözlə, müsəlmanların həyatlarını elə bir hala gətirin ki, Allahı və Onun gücünü düşünəcək halda olmasınlar. Hər şeyi öz qüvvələriylə əldə etdiklərinə inansınlar. Və beləcə sağlamlıqlarına və əldə etdikləri nemətlərə şükr etməyə ehtiyac duymasınlar. Bax, Budur bizim MÖHTƏŞƏM PLAN |
|